İranın Məsləhət Şurasının sədri söyləyib: Dünyəvi məqsədlərlə militarist siyasətləri yürüdüb insanların qırğın edildiyi bir dünyada sülhü əsaslandırmağı düşünən şəxslər və təşkilatların təşəbbüsləri təqdirə layiqdir.
Ayətullah Əkbər Haşimi Rəfsəncani “Dini sülh üçün” adlı Beynəlxalq Assambleyanın baş katibi Viliyam Velz ilə görüşdə
“dinlərin heç biri insanları döyüşə dəvət etmir” mövzusuna təkid edərək Həzrət Məhəmməd (s.ə) və Həzrət İsa kimi böyük peyğəmbərlərin tövsiyələrini bəşəriyyət üçün zərurət adlandırmışdır.
Haşimi Rəfsəncani sülhə təkid edən bir çox Quran ayələrinə işarə edərək bildirib: Təəssüflə dinlər tərəfdarlarının tarixi, müharibələrlə doludur və dinlər daxilində məzhəblərin döyüşmələri də daha artıq təəssüf doğurur.
