DünyaİranXƏBƏRLƏR

Netanyahu: İranlıların indinin özündə nüvə raketləri vardır

Sionist rejimin baş naziri İranınn nüvə proqramı haqdakı ən yeni iddiasında bildirib ki, bu ölkə indinin özündə nüvə raketlərinə malikdir ki, tezliklə onları Amerikaya doğru atacaqdır.

Sionist rejimin baş naziri- Benyamin Netanyahu Vaşinqtonda keçirilən “İsraillə müttəfiq xristianların” səkkizinci illik iclasında iştirak edənlərlə peyk dialoqunda bir daha İranın nüvə proqramı barədəki iddialarını təkrar edərək deyib ki, İran bombalarının məqsədi, təkcə İsrail deyil, həmin bombalar Amerikanın üzərinə də düşəcəkdir.
O, deyib: Bu silahlar İsrailə tərəf atılmaq üçün düzəldilməyibdir. İranlılar indinin özündə nüvə raketlərinə malikdirlər. Bu qitələrarası ballistik raketlər Amerikada sizlərə atılmaq üçün nəzərdə tutulub və bu hadisə tezliklə baş verə bilər.
Netanyahunun bu iddiası elə bir halda irəli sürülür ki, təkcə İsrail rejimi Yaxın Şərqdə atom bombasına malikdır. Təl-Əviv beynəlxalq təzyiqlərə rəğmən, heç vaxt nüvə silahlarının yayılmasını qadağan edən müahidəni imzalamayıbdır və bu təzyiqlərin qarşısında bir tərəfdən, bu müahidəni imzalamağı öz daxili təhlükəsizliyi ilə təzadlı bilib, digər tərəfdən də özünün nüvə proqramında qaranlıq siyasəti seçibdir.
Bununla belə, Tehran bu ittihamları əsassız adlandıraraq, təkid edir ki, nüvə silahlarının yayılmasını qadağan edən NPT müahidəsini imzalayanlar və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvlərindən biri kimi, dinc məqsədlər istiqamətində nüvə texnologiyasına nail olmaq və onu genişləndirmək sahəsindəki bütün hüquqlara malikdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu