Estoniya Baş qərargah Başçılığı tərəfindən bildirildiyinə görə, NATO ölkələrindən təxminən 6 min əsgərin qatılacağı beynəlxalq böyük hərbi manevr “Bahar Fırtınası” 5-23 May tarixləri arasında Estoniyada reallaşdırılacaq.
Bu ilki “Bahar Fırtınası” manevrinə rekord sayda NATO müttəfiqi hərbi birliklər qatılır. Bunlar arasında İngiltərə Lancaster Dükü piyada alayı bölüğü, Latviya piyada bölüğü, ABŞ ordusu 173.Hava İndirme Briqadasında ibarət hərbi birlik, ayrıca Litva ordusunun kəşf birliyi iştirak edir.
Polşa manevr üçün Tallin yaxınlarındakı Amari hərbi bazası və ətrafdakı hava sahəsini qoruma vəzifəsini boynuna götürəcək olan 3 ədəd Su-22 döyüş təyyarəsi və SA-8 mərmi kompleksinə sahib mərmi müdafiə etmə sistemləri birliyi göndərəcək. Hava sahəsinin müdafiə Belçika zenit Topçular da boynuna götürəcək. Manevrə ilk dəfə Fransadan siber qoruma mütəxəssislərindən ibarət bir qrup qatılacaq.