BMT Təhlükəsizlik Şurası bildirib ki, bu şura Dəməşq yaxınlığında Suriya hökuməti tərəfindən kimyəvi silahlardan istifadənin olunması ilə bağlı iddia barəsində şəffaflıq ardıncadır.
Təhlükəsizlik Şurası Dəməşqin şərq ətrafındakı bölgələrə hücumla bağlı iddialar barəsində qeyri-plenar iclas keçirib.
Rəsmi Dəməşq müxalifləri iddia edirlər ki, hökumətin Dəməşqin ətrafında yaraqlıların bazasına kimyəvi hücumu nəticəsində 1300 nəfər həlak olub.
Cari ayda Təhlükəsizlik Şurasının rəhbəri olan Argentinanın BMT-dəki nümayəndəsi Maria Kristina Persival bir mətbuat konfransında deyib: Son iddialar barəsində şura üzvləri arasında dərin nigarançılıq vardır və onların qənaətincə baş verən məsələlər barəsində şəffaflıq yaradılmalı və şərait diqqətlə izlənilməlidir.
Eyni zamanda Suriya hökuməti və ordusu iddia olunan bu hücumda istənilən rolunun olmasını təkzib edib.
ABŞ, Avropa Birliyi, İngiltərə və Fransa iddia olunan hücum barəsində nigaranlıqlarını bildirərək bununla əlaqədar araşdırılmanın aparılmasını istəyiblər.
Digər tərəfdən sionist İsrail rejiminin müharibə naziri Moşe Yalon Suriya ordusunu bu hücumda ittiham edib!