Müqavimət bütün Fələstin ərazilərinin azad edilməsinədək davam edəcək

Həmas hərəkatının siyasi bürosunun sədri- Xalid Məşəl deyib: Fələstinli mübarizlərin Qüdsü işğal etmiş rejim əleyhinə müqaviməti və cihadı bütün Fələstin əraziləri və fələstinli əsirlərin bu rejimin məhbəslərindən azad edilməsinədək davam edəcək.

Xalid Məşəl Qətərin Doha şəhərində azad edilmiş fələstinli əsirlərdən bir qrupunun iştirakı ilə keçirilən mərasimdə bildirib ki, Fələstin xalqının amalı və onun hüquqlarının reallaşması yalnız sionist rejimin işğalçılıq və vəhşicəsinə hücumlarına qarşı cihad və müqavimətin şiddətlənməsi ilə həyata keçəcəkdir.
Məşəl söyləyib: Sionist rejim qarşısında cihad və müqavimət yalnız o zaman dayanacaqdır ki, bütün fələstinli əsirlər bu rejimin zindanlarından azad edilmiş, fələstinli didərginlər öz torpaqlarına geri dönmüş və Beyt-ul-Müqəddəs şəhəri və Məscid-ul-Əqsa bu rejimin işğalı altından çıxmış olsun.

↑
Mobil sürümden çık