Livan Hizbullahının baş katib müavini Müqavimətin bu ölkədə öz yolunu davam etdirəcəyini vurğulayaraq, Müstəqbəl partiyasının Livanın dincliyi və sabitliyinə zərbə vurmaqda məsuliyyət daşıdığını bildirib.
Şeyx Nəim Qasim Nəbi Şeyt şəhəri şəhidlərinin ildönümü günündə Livandakı siyasi olaylar barədəki çıxışında deyib: Əgər Əl-Müstəqbəl cərəyanı Sayda şəhərindəki yaraqlı qrupları himayə etməsəydi, Livanın durumu elə bir şəraitdə olmazdı ki, bu ölkənin sabitliyi və daxili sülhü hədəfə alınmış olsun.
O, vurğulayıb ki, Livandakı bütün ixtilaflar İsrail rejimi ilə yanaşı və ya bu rejimə qarşı olma və Müqavimət qüvvəsində yerləşmə və ya müqavimət göstərmə parametri ilə xülasələşmir.
O, qeyd edib: Müqavimət Amerika ilə onun müttəfiqlərinin Müqavimətə zərbə vurmaq üzrə müdaxilələrinə rəğmən, öz yolunu qanının son damlasınadək davam etdirəcək.