DünyaXƏBƏRLƏR

Zərif: Müzakirə yolu ilə sanksiyalar üzrə bəhanələri aradan qaldırmağa çalışırıq

İranın xarici işlər naziri müzakirə yolu ilə İran İslam Respublikasına qarşı sanksiyalar haqda hər cür bəhanənin aradan qaldırılması barədə səylər göstərdiyini deyib.
Məhəmməd Cavad Zərif İstanbulda özünün türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə mətbuat konfransında sanksiyaların İranla Türkiyə arasındakı iqtisadi əlaqələrə təsir etməsi haqda deyib: İki ölkə müştərək mənafeyə və qarşılıqlı ehtiyaclara malikdirlər və Tehran və Ankara xarici ölkələrin müdaxilələrinin təsiri altına düşməməlidirlər.
Sanksiyaların yalnız İran xalqının iradəsini daha da gücləndirməsini bildirən İranın xarici işlər naziri sonra deyib: Zəruridir ki, iki tərəf xalqa təzyiqlər buraxan metodlara düşünmək yerinə, həll yoluna çatmağa fikirləşsinlər.
Məhəmməd Cavad Zərif cümə günü İstanbulda keçirilən “Nüvə Tərki-silahı və beynəlxalq təhlükəsizlik ” İclasının xüsusi qonağı kimi bu iclasda iştirak etdi.
İranın xarici işlər naziri Cənubi Afrika və Türkiyəyə səfərdən sonra bu gün Tehrana geri döndü.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu