İran xarici işlər naziri, Fələstin İslami Cihad qrupu liderləri görüşməsində, müqavimətin bütün mərhələlərində İranın Fələstin xalqının yanında iştirak etdiyini vurğuladı.
Fələstin İslami Cihad Hərəkatı Baş katibi Ramazan Abdullah Şallah dünən günortadan sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zarif’le görüşdü.
Zərif bu görüşdə etdiyi çıxışında, Qəzza müqavimətinin İsrailin məğlub olmazlıq əfsanəsini boşa çıxararaq zəfərə çatmasından ötəri bir dəfə daha təbriklərini ifadə edərək, İran İslam Respublikasının Qəzzanın yenidən təmir edilməsi mövzusu da daxil olmaqla bütün mərhələlərdə Fələstin xalqının yanında iştirak etdiyini vurğuladı.
İslami Cihad Hərəkatı Baş katibi Abdullah Şallah da çıxışında İslami İranın Fələstin xalqı və Müqavimətə istiqamətli daimi dəstək və köməklərindən ötəri təqdir və təşəkkürlərini dilə gətirərək “Qəzzanın 51 günlük döyüşündə Fələstin müqavimətinin dünyanın ən böyük silah anbarı sayılan işğalçı İsrail qarşısındakı müdafiəsi bu xəttdə ən böyük qazanım “dedi.
