Livan ordusunun qüvvələri şənbə günü gecə bu ölkənin şərqində yerləşən Bəlbək-in Əl-Şervanə məntəqəsində silahlı ünsürlərin bir qrupu ilə toqquşublar.
Livan ordusunun qüvvələri Bəlbək-in Əl-Şervanə məntəqəsində silahlı ünsürlərin yerləşdiyi bir restorana hücum ediblər.
Bu toqquşma zamanı ağır silahlardan da istifadə edilib.
Bu məlumata görə bu toqquşmalar hələ də davam edir və məntəqənin vəziyyəti böhranlıdır və avtomat silahların atəşi, minaatan və əlqumbaralarının partlamasının səsi eşidilməkdədir.
Deyilənlərə görə silahlı ünsürlər Livanda Ali-Cəfər adlı bir xanədana bağlıdırlar.