AfrikaXƏBƏRLƏR

Mursi tərəfdarları və müxalifləri arasındakı toqquşmalarda 12 nəfər həlak olub

Misirin keçid prezidentinin dincliyi qorumaq üzrə istəyinə rəğmən bu ölkənin vəziyyəti hələ də gərgindir və Mursinin himayəçiləri və müxalifləri arasındakı toqquşmalar davam edir. Çərşənbə axşamı gecə toqquşmaların tələfatının sayı 12 nəfər çatdı.

Mursinin tərəfdarları və müxalifləri arasındakı toqquşmalarda başqa bir qrup dünyasını dəyişib.

Mursinin tərəfdarları hal hazırda bir şeyi istəyirlər və o da ölkələrinin prezidentinin sərbəst buraxılmasıdır. Belə bir halda ordu indiyə qədər onu sərbəst buraxmaqdan imtina edərək, Mursinin bir hərbi mərkəzdə saxlanıldığını bildirib. Mursinin ailəsi daxili və beynəlxalq səviyyədə Əbdül-Fəttah Əl-Sisiyə qarşı məhkəmədə şikayət ərizəsi irəli sürəcəklərini bildiriblər.

Başqa tərəfdən indiyə qədər bu çevrilişi pisləməyən Amerika kimi Qərb ölkələrinin sükutu əleyhinə etirazlar daha da artıb. Öncələr etirazçılar Amerikanın Qahirədəki səfirliyinə doğru aksiyalar keçirməklə ABŞ-ın Misirin daxili işlərinə müdaxiləsini tənqid etməyə çalışsalar da, bu hərəkət Mursi himayəçiləri və müxalifləri arasında toqquşmalarla nəticələnib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı