AfrikaXƏBƏRLƏR

Mursi tərəfdarları Qahirə prospektlərinə axışıblar

On minlərlə misirli şənbə gününün ilk saatlarında Qahirə prospektlərinə toplaşaraq Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin iqtidara qayıtmasını istəyib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, aksiyaçılar Misir Müdafiə Nazirliyinin binası qarşısında toplaşaraq Məhəmməd Mursinin himayəsi istiqamətində şüarlar səsləndiriblər.

Cümə günü də Müsəlman Qardaşları hərəkatının tərəfdarlarından on minlərlə nəfər Misirin bir neçə şəhərində əsas meydanlara toplaşaraq bu ölkənin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursini himayə etdiklərini bildirib.

Əllərində Mursinin şəkillərini daşıyan aksiyaçılar ordu tərəfindən Misirin ilk seçilmiş prezidentinin vəzifəsindən kənarlaşdırılmasını pisləyiblər. Onlar həmçinin ordu komandanı general Əbdülfəttah əl-Sisini vətən xaini adlandırıblar.

Bu arada ordunun himayəsində olan Misirin yeni hökuməti Müsəlman Qardaşları hərəkatının rəhbərlərinin həbs olunmasına göstəriş verərək onların repressiyasını gücləndirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu