Mursi tərəfdarları və müxaliflərinin toqquşması onlarla nəfərin yaralanması ilə nəticələnib

Paytaxt yaxınlığında bu ölkə prezidentinin tərəfdarları ilə müxalifləri arasında baş verən silahlı toqquşmalar bir neçə nəfərin yaralanmasına səbəb olub.

Sky Newsun ərəb dilli xidmətinə əsasən Misir tibb mənbələri bildiriblər: Bazar günü Qahirənin cənubunda əl-Fəyyum şəhərciyində baş verən toqquşmalarda ən azı 37 nəfər yaralanıb. Bu toqquşmalar Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə müxalifləri arasında baş verib.

Bu məlumata görə, İxvanul-Müsliminə bağlı şəxslərlə Misir prezidentinin vəzifəsindən kənarlaşmasını istəyən Təmərrüd adlanan hərəkatın üzvləri arasında toqquşma baş verib.

Misir tibb mənbələri həmçinin bildiriblər: Xəstəxanalara köçürülən bir çoxu güllə yarası alıb və onlardan bəzisinin vəziyyəti ağırdır.

Təmərrüd hərəkatı bir müddət öncə Məhəmməd Mursinin vəzifəsindən kənarlaşdırılması məqsədilə Misir vətəndaşlarından imzatoplamaya başlayıb və bildirilir ki, indiyə qədər 15 milyon imza toplaya bilmişdir.

Bundan əlavə bu hərəkat cari ayın 30-da Mursi və İxvanul-Müsliminə qarşı geniş aksiyalar keçirmək niyyətindədir.

↑
Mobil sürümden çık