Mursinin tərəfdarları Misrin müxtəlif şəhərlərində aksiya keçiriblər

Müsəlman Qardaşlar (İxanül-Müslimin) və Misirin vəzifəsindən kənarlaşdırılan prezidenti Məhəmməd Mursi tərəfdarları ötən gün ölkənin müxtəlif şəhərlərində aksiya keçiriblər.

İxvanül-Müslimin və Mursi tərəfdarları, Qahirə, İskəndəriyyə, Süveyş, Əl-Fiyum və Əl-Mənya şəhərlərində aksiya keçirərək Mursiyə dəstək və ordu və polis əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
İnformasia vasitələrinin verdiyi məlumata əsasən, Misir xalqının ölkənin müxtəlif şəhərlərində həyata keçirdikləri aksiyalar polis qüvvələrinin müdaxiləsi ilə nəticələnib və polis, xalqı dağıtmaq üçün gözyaşardıcı qazalardan istiafadə edib.
Həmin məlumatlara əsasən, aksiyaçılar həmçinin 15 yanvar həyata keçiriləcək Misirin yeni konstitusiyası üzrə refrendumun boykot edilməsini vurğulayıblar.
Aksiyaçılardan bir çoxu yaralanıb və bir çoxu isə həbs edilib.

↑
Mobil sürümden çık