Müsəlman ixtiraçıları üçün İran Nobeli

İran İslam Respublikası İslam Dünyasında misilsiz bir hərəkətdə İslam Dünyasında elmin inkişafına dəstək məqsədilə yeni elmlər sahəsində müsəlman ixtiraçılar üçün böyük pul mükafatı (İran Nobeli) nəzərdə tutub.

İran İslam Respublikası bu mükafatı İslam peyğəmbərinin adı ilə zinətləndirərək, onu ” Mustafa Mükafatı” adı ilə ən yaxşı elmi ixtiralar üçün nəzərdə tutub.
Bu mükafatın verilməsi prosesinə nəzarət edəcək şura bu istiqamətdə müəyyən hədəf və məqsədlər müəyyənləşdirib ki, müsəlman alimləri elmin inkişafına, yeni ixtiralara və elmi əməkdaşlıqlara həvəsləndirəcək.
İlk Mustafa Mükafatı gələn il İslami Birlik həftəsində 4 nominasiya üzrə təqdim ediləcək.
Təyin olunmuş mükafat nağd pul mükafatı ilə yanaşı üzərində fars, ərəb və ingilis dilində yazılar həkk olunmuş dəyərli medaldan ibarətdir.
Nəzərdə tutulan nağd pul mükafatı ilk dövr üçün 500 min dollardır.

Exit mobile version