Müsəlman Qardaşlarının edam hökmü Misir Ali Məhkəməsinə göndəriləcək

Misirin baş prokuroru Meniya Cinayət Məhkəməsi tərəfindən bu ölkənin Müsəlman Qardaşları qrupu himayəçilərindən 37 nəfərinin edam hökmü və 492 nəfər üçün ömürlük həbs cəzası hökmünü Misirin Ali Məhkəməsinə göndərəcək.

Misirin baş prokuroru Heşam Bərəkat bu haqda bir bəyanat yayaraq, vurğulayıb ki, ədalətin doğru-dürüst icrası üçün müttəhimlərin edam, ömürlük həbs cəzası və bəraəti üzrə bütün hökmlərini bu ölkənin ali məhkəməsinə göndərəcək.

Səid Yusifin başçılıq etdiyi Meniya Cinayət Məhkəməsi dünən bazar ertəsi günü Mətay polis mərkəzinə hücum zamanı bir polisin qətlə yetirilməsi üzrə cinayət işində Müsəlman Qardaşlarının tərəfdarlarından 37 nəfərinin edam hökmü və onlardan 492 nəfərinin ömürlük həbs cəzası üzrə hökm çıxardı.

Səid Yusif həmçinin qeyd edilən cinayət işi haqda Müsəlman Qardaşları qrupunun rəhbərlərindən 683 nəfərinə, o cümlədən Məhəmməd Bədi üçün edam hökmü çıxardı ki, bir çox qalmaqallara və Misir hökumətinə qarşı tənqidlərin yağmasına səbəb oldu. Qeyd edilən cinayət işinin məhkəmə hakimi Səid Yusif bundan öncə Müsəlman Qardaşlarının himayəçilərindən 529 nəfərinə qarşı edam hökmü çıxarmış, və bu hökmləri Misir müftisinə göndərmişdi ki, dünən onlardan 37 nəfərinin edam hökmü təsdiq edildi.

↑
Mobil sürümden çık