DünyaXƏBƏRLƏR

Pakistanda şiələrin əzadarlıq mərasiminə qarşı hücumda 10 nəfər həlak olub

Pakistanın Ravelpendi şəhərində Hüseyn(ə) əzadalarına qarşı terrorçu hücumda şəhid olanların sayı  10 nəfərə çatıb.

İRNA Pakistan polisinə istinadən məlumat verib ki, ötən gün (cümə  15 noybar) Pakistanın Ravelpendi şəhərində İmam Hüseyn (ə)-a əzadarlıq edən heyətlərə qarşı terrorçu firqəçi qruplar tərəfindən həyata keçirilən terr.akt nəticəsində ən azı 10 nəfər şəid olub, 40 nəfər isə yaralanıb.

İlk məlumatlarda ölənlərin sayının  3 nəfər olduğu barədə məlumat verilmişdi.

Ravelpendi şəhərinin ali zabiti Əfzəl Hüseyn deyib: Aşura günü münasibəti ilə əzadar heyətlər öncədən müəyyən edilmiş yollardan keçərək naməlum silahlı şəxslərin atəş açmasına mərzu qalıblar ki, onun nəticəsində Hüseyn (ə) əzadarlarından bir nüçə nəfəri şəhid olub.

Pakistanlı müxbirlər hadisə məkanından xəbər veriblər ki, firqəçilərdən bir qrupu şiə əzadarlara qarşı təhrikedici sözlər deyərək, bu mərasimdə iştirak edən insanları psixi təzyiqlərə məruz qoyublar.

Cari ilin əvvəlindən pakistanda baş verən firqəçilik üzrə toqquşmalarda və hücumlarda təxminən  400 nəfər həlak olublar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu