AsyaDünyaİranXƏBƏRLƏR

Zərif: İran İslam İnqilabının prinsipi İslam təlimlərinə əsasəndir

İran İslam Respublikasının xarici işlər naziri deyib: İslam İnqilabının prinsipi tövhid və islam təlimlərinə əsasəndir və İran İslam Respublikası buna əsasən müxtəlif ölkələrlə münasibətlərini tənzimləyir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı gecə Tehranın cənubunda yerləşən Qum şəhərində jurnalistlərə verdiyi müsahibədə əlavə edib: İran İslam İnqilabı və islam dininin bərəkəti ilə İran İslam Respublikası özünəməxsus indeksə və modelə malikdir və buna əsasən heç bir ölkəyə tabeçilik etmir.
“Hazırkı vəziyyətdə beynəlxalq münasibətlər səhnəsində İran İslam Respublikası quruluşunun qüdrət əsaslarından biri yeni örnək, model və indeks təqdim etmək üçün islamın qüdrətini nümayiş etdirməkdir və bu indeksi dünyada açıqlamaq lazımdır” –deyə Zərif əlavə edib.
İran xarici işlər naziri həmçinin İran İslam İnqilabının indeksinin bəyan olunması üçün dini elmi hövzələrlə Xarici İşlər Nazirliyinin əməkdaşlığının zəruriliyinə toxunaraq söyləyib: İran İslam İnqilabının indeksinin təqdim olunması üçün beynəlxalq münasibətlərdəki mövcud indekslə bağlı məlumatlı ziyalılarla şiənin düşüncə mərkəzi olaraq dini elmi hövzənin alimləri arasında müştərək əməkdaşlıq olmalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu