İranXƏBƏRLƏR

İranın F-5 qırıcı təyyarəsi süqut etdi

İranın “F-5” tipli bir ədəd hərbi qırıcı təyyarəsi ölkənin qərbində dağa toxunaraq, süqut edib.

İlam Vilayətinin Abdanan komandanı Murad Naseri deyib: Bu F-5 qırıcı təyyarəsi bu gün səhər Abdanan məntəqəsində yerləşən Filman dağına toxunaraq, partlayıb. Bu hadisə nəticəsində təyyarənin hər iki pilotu həyatlarını itirib.

Naseri daha sonra deyib: Bu hərbi təyyarə 4-cü Dezful Hərbi Bazasına məxsus olub.

Abdanan komandanı xilasedicilər, hərbçilər və təhlükəsizlik qüvvələrinin hadisə yerində araşdırmalar aparmaqla məşğul olduqlarını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu