Avropa İttifaqının xarici siyasət üzrə koordinatorunun sözçüsü Cenevrədə İran ilə 5+1 arasında aparılan müzakirələrdə mühüm irəlililəyişlərin əldə edilməsindən xəbər verib.
“ABŞ və sair ölkələrin xarici işlər nazirlərinin Cenevrədə keçirilməkdə olan İran ilə 5+1 qrupu müzakirələrinə qatılmalarını, müzakirələrdə razılığın əldə edilməsi mənasında qiymətləndirmək olurmu” sualının cavabında deyib: Biz kəskin şəkildə çalışırıq müzakirələrdə nəticə əldə edilsin. Ötən günlrdə müxtəlif görüşlər həyata keçirilib və real irəliləyişlər də baş verib. Bu müzakirələr olduqca həssas və mürəkkəbdir və səy göstərilir ki, 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin müzakirələrə qatılmaları da, müzakirənin düzgün istiqamətdə olduğuna yardım etsin.
O bu müzakirələrin təfərrüatını açıqlamadan müzakirələrin artıq həssas olduğunu bildirib.
Maykel Man Zərif, keri və Aşton arasında üçtərəfli müzakirənin keçirilməsi barədə deyib: İkitərəfli etimadın yaranması müzakirələrdə əsas və mühüm bir məsələdir və bu rəsmilər isə müzakirələrdə önəmli inkişafın baş verməsi uğrunda çalışırlar.
Avropa İttifaqı xarici siyasət koordinatorunun sözçüsü Çin və Rusiya xarici işlər nazirinin müzakirəyə qatılacaqlarının nə dərəcədə müzakirələrin təfərrüatının dəyişilməsi yaxud razılaşmanın əldə edilməsinə yardım edəcəyi barədə isə deyib: Bu müzakirənin nəticəsini proqnoz etmək çətin bir məsələdir. Bu müzakirə irəliyişə malikdir və şənbə günü (9 noyabr) bütün xarici işlər nazirləri iclasda hazır olacaqlar və biz razılaşmanın əldə edilməsini ümid edirik.