Müzakirələrin mövzusu yalnız nüvədir

İran xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Məhəmməd Həsən Qəşqavi deyib: İran xarici işlər naziri, həmçinin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri dəfələrlə bildiriblər ki, müzakirələrin mövzusu yalnız nüvə mövzusu olacaqdır və başqa məsələ müzakirə obyekti olmayacaqdır.

Qəşqavi söyləyib: İranın növbəti nüvə müzakirələri önəmli və çox həssas olacaqdır. Çünki müzakirələr artıq ətraflıdır. Elə buna görə, həm İran tərəfi, həm də qarşı tərəfi qarşıda çox çətin iş gözləyir.

↑
Exit mobile version