Bəhreynin təhlükəsizlik qüvvələri, imam Hüseyn ( ə) əzadarlarının üzərinə zəhərli qaz atəşi açıblar.
Bəhreynin təhlükəsizlik qüvvələri Məhərrəm ayına məxsus plakatlar, bayraqlar və simvolları təkrar yığışdırırlar, bu isə vətəndaşların hissiyyatına toxunur və onların dini ənənələri və mərasimlərinə zərbə vurur.
Bu kimi hərəkətlərlə yanaşı Bəhreynin bəzi bölgələrində o cümlədən Buri və Əlməamirdə Məhərrəm ayının matəm dəstələri təhlükəsizlik qüvvələrinin zəhərli qaz hücumuna məruz qalıb. Təhlükəsizlik qüvvələri iştirakçılara kobud davranıb və onlara qarşı güc tətbiq edib. Həmçinin vətəndaşlar mənzilləri qarşısına qara bayraqlar asdıqlarına görə polis bölməsinə çağırılıblar.
