Yüzlərlə Myanma müsəlmanının hökumət tərəfindən məcburi şəkildə köçürülməsi müsəlman ailələrin etirazına səbəb olub.
Myanma hökuməti iddia edir ki, ölkənin qərb bölgəsindəki mövcud qeyri-münasib şəraitdən uzaqlaşmaq üçün müsəlmanları digər bölgəyə köçürməyə məcbur olub.
Belə bir halda bir çox müsəlman ailəsi bu məcburi köçürülmədən narazıdır.
Çünki bu köçürülmə də ifratçı buddistlərin onlara qarşı hədələrini azalda bilməmiş və hələ də onların həyatı ciddi təhlükə qarşısındadır.
25 avqust bazar günü yerli xəbər mənbələri Myanmanın şimal-qərbində müsəlmanlara aid bir neçə yaşayış massivi və mağazanın ifratçı buddistlər tərəfindən yandırıldığını bildiriblər.
Bununla kifayətlənməyən ifratçı buddistlər ötən həftə onların Myanmanın qərbində müsəlmanlara hücumu ilə əlaqədar araşdırma aparan BMT məruzəçilərinin avtomobilini də hücuma məruz qoyublar.