İraqXƏBƏRLƏR

Nəcəfdə partlayış baş verib, ölən və yarlanan var

İraqın şimalında yerləşən Nəcəf şəhərində bomba quraşdırılmış avtomobilin partlayışı nəticəsində 20 nəfər həlak olub və yaxud yaralanıb.

 

İraqın şimalında yerləşən Nəcəf şəhərinin Əsgəriyyə şəhərciyindəki bazarda baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib,  17 nəfər isə yaralanıb.

İraq təhlükəsizlik qüvvələri bu partlayışın baş verməsindən sonra, şiələrin birinci imamı Həzrət İmam Əli(ə)-ın pak məqbərəsinə qovuşan prospektləri bağlayıblar.  Həmçinin cümə axşamı günü Bağdad-Samirə  magistral yolunda yerləşən Səlahəddin vilayətində bomba quraşdırılmış iki avtomobilin partladılmasıı nəticəsində 17 nəfər ölüb,  24 nəfər yaralanıb.

Digər tərəfdən İraqın şərq hissəsində yerləşən Vasit vilayətində baş verən partlayışda isə iki sivil iraqlı ölüb və 8 nəfər müxtəlif bədən xəsarəti alıab.

İraqın müxtəlif məntəqələri neçə gün bundan əvvəldən mütəmadı olaraq terrorçu əməliyyatların şahidi olub. İraq mənbələri regionun bəzi ərəb ölkələrini terrorçuları silahlandırılıb İraqa ötürməkdə ittihamdırırlar.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı