İran İslam Şurası Məclisinin sədr əvəzi deyib: İran İslam Respublikası Suriya böhranının siyasi yollar vasitəsi ilə həll edilməsi üçün öz potensiallarından istifadə edəcək.
İran İslam Şurası Məclisinin sədr əvəzi Höccətül-islam Əbutorabifərd Gənc Müxbirlər Klubu ilə müsahibədə, Cenevrə 2 konfransında iştirak üçün İrandan dəvətin edilməməsinə toxunaraq açıqlayıb: İran ən yüksək səviyyədə İslam dünyasının problemlərinin həll edilməsi və Suriya məsələsinin həlli uğrunda mühüm rol ifa edib, təsirli olduğu üçün daima bu sahədə öncül olaraq qalır.
Əbutorabifərd təkidlə bildirib ki, İranın Suriya məsələsinə strateji baxışı səbəb olub ki, hazırda bütün dünya birgə şəkildə Suriya məsələsinin yeganə çıxış yolunun siyasi həll yolu olduğunu düşünsünlər.
İran İslam Şurası Məclisinin üzvü deyib: Cenevrə 2 konfransı İran İslam Respublikasının iştirakı olmadan təbii olaraq konsturaktiv keçməyəcək.
Cenevrə 2 konfransının 22 yanvar Suriya böhranının ətraflı şəkildə həll edilməsi yollarının araşdırılması üçün Sveçrənin Montro şhərində keçiriləcəyi qərara alınıb.