Nəcəfi: İran ilə Agentlik arasında müsbət atmosfer yaranıb

İİR-nin MAQATE-dəki təmsilçisi deyib: İran ilə Beynəlxalq Atom Enerjisi arasında əməkdaşlıqlar üçün müsbət şərit yaranıb.

İranın MAQATE-dəki rəsmi nümayəndəsi və İranlı heyətin Agentliklə müzakirə heyətinin başçısı ötən gecə (çərşənbə 11 dekabr) İRİB-nin müxbiri ilə müsahibədə deyib: Vyana iclasında razılaşmalar əldə edilən mövzuların reallaşdırılması haqda müzakirə ediblib.
Nəcəfi Vyana iclasında MAQATE ekspertlərinin İranın Mərkəzi vilayətində yerləşən Ərak ağır su zavoduna baxış keçirmələri barədə aparılan müzakirələr haqda deyib: Agentliyin qənaətincə, Vyana iclası olduqca önəmli bir iclas olub və beynəlxalq qurumlarin gözləntisini yerinə yetirib.
İranın MAQATE-dəki təmsilçisi bildirib: İran və MAQATE arasında 2014-cü il 21 yanvar tarixində Tehranda bir görüşün keçirilməsi barədə razılıq əldə edilib və bu iclasda çox ehtimal ki qarşıdakı mərhələlər və atılacaq addımlar müəyyən ediləcəkdir.
Atom Enerjisi Agentlinin baş redaktor müavini Tro Varcornata isə ötən gün (çərşənbə 11 dekabr) Vyanada müxbirlərlə müsahibədə İran ilə aparılan müzakirələrin konstruktiv olduğunu və iki tərəf arasında 6 əsas addımların həyata keçirilməsi haqda danışıqlar aparıblar.
Agentliyin sədr müavini Varcoranta açıqlayıb ki, deyilən həmin 6 əsas addım 2013-cü il 11 noybarda Tehranda razılaşma əsasında əməkdaşlıqların çərçivəsində həyata keçiriləcək.
MAQATE-nin sədr müavini təkidlə bildirib ki, əməkdaşlıq çərçivəsi texniki baxışlara da şamil olduğu üçün Agentlik müfəttişləri 2013-cü il 8 dekabr Ərak ağır su obyektinə baxış keçiriblər.

↑
Mobil sürümden çık