LivanXƏBƏRLƏR

Nəsrullah Müqaviməti qalib tərəf adlandırıb

Livan Hizbullahının baş katibi Müqaviməti Yaxın Şərq hövzəsindəki hadisələrin qalib tərəfi adlandırıb.

Livanda çıxan Əl-Səfir qəzetinin yazdığına görə Livan Hizbullahının baş katibi seyid Həsən Nəzrullah Hizbullahın komandirləri və məsul rəsmilərindən bir qrupu ilə görüşdə Livan və region məsələləri haqda cərəyan edən gedişatdan sevincini qeyd edərək xatırladıb: Hizbullah hərəkatına qarşı media və siyasi hücumlar bu hərəkatın siyasi xəttini təsir altına ala bilməyəcək və regionda hazırkı hadisələrin nəticəsi müqavimətin xeyrinədir.

S. H. Nəsrullah Hizbullah hərəkatlının komandirləri və məsul şəxslərini son zamanlar Livan, Suriya və İranda baş verən hadisələrdə ümidvar olmağa çağırıb və deyib: Ötən iki ildə Hizbullahın siyasət xəttinin istər Livanda istər Suriyada düz olmasını sübuta yetirən faktlar yaxın günlərdə üzə çıxacaq.

Nəsrullah çıxışının digər bir hissəsində bu hərəkatla Həmasın münasibətlərinin səmimi olmasına işarə edərək Hizbullah ilə Həmas hərəkatı arasında təmaslar davam etməkdədir və iki tərəf regionda qövmçülük və qarşıdurmaya qarşı ciddi mübarizənin aparılması yolunda bir-birləri ilə ahəngdarlıq yaratmalıdırlar.

Livan Hizbulahınn baş katibi İranda keçirilən 11-ci prezident seçkilərinə də münasibətini bildirib və deyib: İranda 14 iyun prezident seçkiləri İİR-nin siyasət xəttinin düz olmasını sübuta yetirdi və bu seçkilər həmin ölkədə vilayət-fəqih və ədalətli bir hakimiyyətin sayəsində azad və demokratik bir xəlqi seçkini nümayiş etdirdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu