AsyaDünyaXƏBƏRLƏR

Nəvaz Şərif İran prezidenti ilə görüşüb

Pakistanın baş naziri İran prezidenti ilə görüşüb. Görüşdə tərəflər bir sıra vacib məsələləri müzakirə və mübahisə ediblər.

İRİB müxbirinin məlumatına görə, Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif bazar günü Tehranda ” Sədabad ” mədəniyyət kompleksində İran prezidenti Həsən Ruhani ilə görüşdə İslamabadın Tehranla bütün sahələrdə əməkdaşlıqlarını genişləndirməklə maraqlandığını söyləyib.

Ruhani də bu görüş çərçivəsində İranın Pakistan ilə münasibət və əməkdaşlıqlarını genişləndirməyə hazır olduğunu bildirib.

Nəvaz Şərif İran rəsmiləri ilə görüşüb , müxtəlif məsələləri o cümlədən , İki ölkənin iqtisadı münasibətləri və qarşılıqlı əlaqələrinin keyfiyyətini müzakirə etmək üçün Tehrana səfər edib.

Qeyd edək ki, Pakistan baş nazirinin milli və xarici təhlükəsizlik məsələləri üzrə müşaviri Sərtac Əziz, maliyyə naziri İshaq Dar və o ölkənin neft və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi, Nəvaz Şərifi Tehran səfərində müşayiət edirlər.

Nəvaz Şərifin İrana səfəri bu iki ölkədə yeni dövlətlərin hakimiyyətə gəlməsindən sonra İran və Pakistanın yüksək vəzifəli rəsmilərinin birinci səfəri sayılır.

Pakistan baş nazirinin Tehrana səfəri çərçivəsində müxtəlif zəminlərdə İran və Pakistan rəsmiləri arasında bir neçə mühüm müqavilə və razılaşma sənədi imzalanacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu