AvropaAzərbaycanXƏBƏRLƏR

Namizədliyin dəstəklənməsi müqabilində gaz!

Avropa Komissiyasının Enerji Məsələləri üzrə Üzvü Günter H. Oettinger “ Şah Dəniz Qərarı: Avropaya daha çox qaz” başlıqlı məqalədə rəsmi Bakının Avropanın gözlədiyi yolla qərbə gaz daşımağa boyun əydiyini yazıb.

Günter H. Oettinger “ Şah Dəniz Qərarı: Avropaya daha çox qaz” başlıqlı məqalədə yazıb : “Bir neçə gün əvvəl Azərbaycandan çoxdan gözlənilən xəbərləri aldıq: Şah Dəniz 2 qaz-kondensat yatağını istismar edən şirkətlər – Şah Dəniz Konsorsiumu qazı Azərbaycandan Avropaya çatdıran boru kəmərini seçməyi qərara alıb. TAP, Trans-Adriatik Boru Kəməri yataqdan gələn qazın Avropada paylanması üçün boru kəməri olaraq seçilib. Xəzəryanı ölkədən iri həcmdə qazın Avropaya gətirilməsinə işarə etdiyi üçün bu, tarixi bir qərardır. Avropa üçün bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir.”
Avropa Komissiyasının Enerji Məsələləri üzrə Üzvü əlavə edib : “ Real strateji nöqteyi-nəzərdən Azərbaycanın Prezidenti Əliyev Türkiyə ilə birgə Avropa sərhəddinədək TANAP adlanan və genişlənə bilən iri boru kəmərinin tikilməsi üçün öhdəlik götürmüşdür. Bu kəmər ilkin olaraq qazı Şah Dəniz 2-dən və nəhayət Azərbaycandakı digər yataqlardan Avropa bazarına çatdıracaqdır.”
Günter H. Oettinger əlavə edib : “Avropa qaydaları sabitdir, gəlirlər daimi və dəyərlidir. Azərbaycan öz gələcəyini Avropaya bağlayır. Avropa üçün Şah Dəniz Konsorsiumunun qərarı gələcək baxımından Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu. Qlobal enerji bazarlarının mövcud olduğu və ehiyatlar üçün rəqabətin artığı bir dünyada biz Avropanın enerji maraqlarını təşviq etməyə və əsas təchizatçı ölkələrlə dərin tərəfdaşlıqlar qurmağa davam edəcəyik. Inanırıq ki, bizim cəhdlərimiz nəticəsində Avropanın ev təsərrüfatları və iş dairələri enerji təchizatı ilə təmin olunacaq və Avropanın rəqabətliliyi artacaq.”

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı