Azərbaycan Respublikasının Nardaran qəsəbəsində Xocalı faciəsi ilə bağlı aksiya keçirirlib.
Nardaranlılar tərəfindən keçirilən dəstək aksiyasında “Xocalıya azadlıq”, “Qarabağa Azadlıq” və .s kimi şüarlar səsləndirilib
Sabah XX əsrin ən dəhşətli və faciəvi hadisəsi olan Xocalı soyqırımının növbəti il dönümü tamam olur. Bununla əlaqədar artıq bir neçə gündür ki, ölkənin müxtəlif yerlərində anım mərasimləri keçirilir. Mərasimlərdən biri bu gün Bakının Nardaran qəsəbəsinin İmam Hüseynin (ə) meydanında qeyd olunub.
Xocalı fəryadına dəstək olaraq toplanan insanlar buradan bir daha dünyaya soyqırımın müsibətini hayqırıblar. Aksiyada çıxış edən kənd sakinləri və ruhanilər dünya dövlətlərini Xocalı soyqırımı qarşısında susmağa çağırıblar.
