İranXƏBƏRLƏR

Tehranda ilk beynəlxalq informasiya texnologiyası sənayesi və ixracatı konfransı keçirilir

İnformasiya texnologiya sahəsində daxili və beynəlxalq investisiya fürsətlərindən məlumat əldə etmək, İran istehsalı olan beynəlxalq brendin mövqeyinin yüksəldilməsi və İran informasiya texnologiyası sənayesi və ixracatının genişləndirilməsinin yol xəritəsinin hazırlanması üzrə Tehranda ilk beynəlxalq informasiya texnologiyası sənayesi və ixracatı konfransı keçirilir.

İnformasiya texnologiyası sənayesi ölkənin strateji və əsaslı sənayelərindən biridir. Dünyada bu sənayeyə və onun məhsullarının ixracatı və xidmətlərinə xüsusi diqqət yetirilir.

1-ci Beynəlxalq İnformasiya Texnologiyası sənayesi və ixracatı üzrə konfrans dünyanın 20 ölkəsindən ekspertlər və mütəxəssislərin iştirakı və milli və beynəlxalq təşkilatların əməkdaşlığı ilə bu gün Tehranda işə başlayıb və 3 gün müddətinə davam edəcək.

İran və digər ölkələrin sənaye və ixracat inkişaf xətti və siyasətlərindən, eləcə də inkişaf göstəricilərinə əsasən İranın informasiya texnologiyası sənayesi və ixracatının hazırkı vəziyyətindən məlumat əldə etmək bu 3 günlük konfransın məqsədlərindən sayılır.

Konfransın katibi Məhəmməd Hüseyn Paşnetəla konfransla əlaqədar Beynəlxalq Səhər telekanalı müxbirinə deyib: İranda da rəsmilərin bu sənayeyə diqqəti strateji diqqət olmalıdır. Bu məqsədlə ki, bu sənayenin inkişafı və onun ixracı üçün milli həmrəyliyin və birliyin yaradılması zəruridir. Konfransın keçirilməsində əsas məqsəd informasiya texnologiyası sənayesi və ixracatı sahəsində İran istehsallı beynəlxalq brendin mövqeyinin yüksəldilməsidir. Bu istiqamətdə biz daxili və beynəlxalq investisiya imkanlarında məlumatlar və inkişaf əldə etməyə çalışırıq.

Müxbirimizə müsahibə verən Asiya Okeaniya İnformasiya Texnologiyasının Köçürülməsi Təşkilatının sədri Maykl Uilyam isə deyib: Konfrans yüksək səviyyədə keçirilməkdədir. Ölkələr belə konfranslarda məlumatları mübadilə edə bilərlər. İnformasiya texnologiyası dünyanın bütün xalqlarının həyatında çox önəmlidir. Sevinirəm ki, İrandayam. Çünki İran hazırda bütün elmlərdə çox yüksək yerə malikdir. Ümidvaram informasiya texnologiyası sahəsində də sürətlə inkişaf edəcək.

Pakistan Elmlərin Mübadiləsi Təşkilatının sədri professor Seyid Əsəd Hüseyn müxbirimizlə müsahibədə belə deyib: İran bu konfransı yüksək səviyyədə keçirir. Hazırda bütün ölkələr bu sahənin mütəxəssislərinin biliyindən faydalanmalıdırlar. Çünki bu çox önəmli məsələdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu