NATO-nun baş katibi dəyişildi

Jens Stoltenberq NATO-nun yeni baş katibi təyin olunub.
NATO-nun bütün üzvlərinin dəstəyini qazanan Stoltenberq vəzifəsinə 4-5 sentyabrda Uelsdə keçiriləcək zirvə toplantısından sonra başlayacaq.

Norveçli Jens Stoltenberq ümumilikdə 10 ilə yaxın baş nazir postunda çalışıb. 2009-cu ildə NATO-nun baş katibi vəzifəsinə gətirilən Danimarkanın sabiq baş naziri Anders Foqh Rasmussen üzv ölkələrin təsdiqiylə daha bir il bu postda qalmışdı.

Exit mobile version