DünyaXƏBƏRLƏR

Siyavuş Novruzov : Rüstəm İbrahimbəyovun namizəd ola bilməz

YAP icra katibinin müavini Siyavuş Novruzov YAP-ın 2003-cü il mərhum Prezident Heydər Əliyevlə yanaşı ikinci namizədi də irəli sürmək versiyasının bu il təkrarlanmasını istisna edib.

Siyavuş Novruzov deyib : “2003-ün seçkisi başqa məsələdir. O bizim planlaşdırılmış, planlı şəkildə həyata keçirdiyimiz bir taktika idi”.
Novruzov Prezident İlham Əliyevlə yanaşı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməyəcəyini belə vurğulayıb : “Qəti şəkildə deyirəm ki, belə bir məsələ yoxdur. Biz bundan ötrü qurultay keçirmişik və qurultay konkret qərar qəbul edib”.
Siyavuş Novruzov Prezident İlham Əliyevin özünün namizədliyini hələ rəsmən bildirməməsini də belə izah edib : “Dünyanın heç bir ölkəsində namizəd demir ki, mən prezidentliyə namizədəm!”
Milli Şuranın seçki fəaliyyəti ilə bağlı isə deyib : “Milli Şuranın Yeni Azərbaycan Partiyasının Xocalı təşkilatına bərabər gücü yoxdur. Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyi var. Seçki Məcəlləsində göstərilir ki, ikili vətəndaşlıq öhdəlikdir. Eyni zamanda ölkədə on ildən artıq daimi yaşamaq da namizəd üçün göstəricidir. Bu baxımdan Rüstəm İbrahimbəyovun prezident seçkisinə namizədliyi uyğun gəlmir. Hüquqi baxımdan o, namizəd ola bilməz”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu