İran xarici işlər nazirinin konsulluq, məclis və xaricdəki iranlıların məsələləri üzrə müavini İran ilə 5+1 qrupu arasında xarici işlər nazirləri səviyyəsində iclasın keçirilməsinin qərarçıxarmada qüdrətə səbəb olacağını bildirib.
Həsən Qəşqavi çərşənbə axşamı günü gecə İranın ikinci telekanalı ilə müsahibədə cümə axşamı günü İran ilə 5+1 qrupu arasında xarici işlər nazirləri səviyyəsində iclasın keçirilməsinə işarə edərək, söyləyib: 5+1qrupunun xarici işlər nazirlərinin cümə axşamı günü İranla birgə keçiriləcək iclasda iştirakı müqabil tərəf üçün yaxşı bir sınaqdır ki, İranın nüvə hüququnu nə həddə rəsmən tanıdıqlarını göstərsinlər.
İran xarici işlər nazirinin müavini Qərbin yeni münasibətini əsaslara söykənməyin kənarında münasib və yeni üsul və taktikalardan istifadənin nəticəsi adlandırıb. O, deyib: Barak Obamanın BMT-nin Baş Assambleyasındakı çıxışında da təhdid olmayıbdır, hətta müdaxilələr və keçmiş məsələlərə də işarə olunubdur ki, bu məsələ araşdırıla bilər.