İranXƏBƏRLƏR

“Nazirlər Kabinetinin əsas vəzifəsi xalqa xidmətdir”

Tehranın bu həftəki cümə namazının xitabətçisi İran İslam Respublikasının yeni Nazirlər Kabinetinin əsas vəzifəsini xalqa xidmət və müxtəlif sahələrdə layiqli və potensiallı kadrlardan istifadənin olunması adlandırıb.

Tehranın cümə namazının müvəqqəti xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani İran İslam Respublikası hökumətinin nazirlərinin vəzifəsini həssas və ağır adlandırıb və deyib: Nazirlər Kabineti öz vəzifələrini yerinə yetirməkdə çalışqan olmalı və başçılıq etdikləri nazirliklərə tam nəzarət etməlidir.

Ayətullah Müvəhhidi Kirmani başçılıq etdikləri nazirliklərdə layiqli və potensiallı kadrlardan istifadənin olunması üçün İranın yeni hökumətinin nazirlərinin sayıqlığı və mətanətli olmasının zəruriliyini vurğulayaraq əlavə edib: Səlahiyyətləri təsdiqlənən nazirlər xalqın islam hökumətindən olan gözləntilərini doğrultmalıdırlar.

Xütbələrinin digər hissəsində Misirdəki son toqquşmalar və kütləvi qırğınlardan təəssüfləndiyini bildirən Ayətullah Müvəhhidi Kirmani bu ölkənin siyasi, elmi və dini ziyalılarından daha artıq qanların axıdılmasının qarşısını almaq üçün təsirli addımlar atmalarını istəyib.

Tehranın cümə namazının xətibi Misir ordusunun funksiyasını tənqid edərək bu ölkənin hərbi başçılarına tövsiyə edib ki, məntiqli mövqe seçərək ümumi fikrin yanında nifrətin bəslənməsinə mane olsunlar. Çünki Misirdə toqquşmaların davam etməsinin kütləvi qırğından başqa nəticəsi yoxdur.

Misir toqquşmalarında əcnəbi qüdrətlərin rolunun olduğunu qeyd edən Ayətullah Müvəhhidi Kirmani deyib: Belə bir şəraitdə böhrana son qoymaq üçün Misir qrupları arasında dinc dialoqun baş tutmasına çalışmaq lazımdır.

Tehranın cümə namazının xətibi sionistlər tərəfindən Fələstinin 65 ildir işğal olunmasına toxunaraq əlavə edib: Fələstinlilər bu illər ərzində həmişə zülm, cinayət və işgəncəyə məruz qalıblar. Halbuki qərblilər insan haqları və demokratiya iddiaçısı olaraq bu cinayətlərə reaksiya verməmiş, üstəlik bəzi hallarda sionist rejimi himayə edərək onların cinayətlərinə seyrçi qalmışlar.

Təslimçi saziş müzakirələrini sionistlərin fələstinlilərə qarşı cinayətlərini ört-basdır etmək üçün plan adlandıran cümə namazı xətibi bildirib: Fələstinlilər sayıqdırlar və qəbul etmədikləri nümayəndələrin iştirakı ilə keçirilən bu müzakirələri rədd edirlər.

Tehranın cümə namazı xətibi həmçinin ötən gün Livanda törədilən terror aktını pisləyib və onu region xalqları, xüsusilə də müsəlmanlar üçün başqa bir faciə adlandırıb.

Tehranın cümə namazı xətibi xütbələrində Ərəbistanın Mədinə şəhərində Bəqi qəbiristanlığında Əimmənin (ə) pak hərəminin vəhhabilər tərəfindən dağıdılmasının ildönümü gününə toxunaraq bu hadisəni islam dünyası, xüsusilə də şiələr üçün böyük müsibət adlandırıb və deyib: Təkfirçilər pak Əhli-Beytin (ə) məhəbbətini ürəklərdən heç vaxt silə bilməyəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu