Kreml cümə günü Suriya ilə bağlı Rusiyanın mövqeyinin dəyişmədiyini açıqlayaraq, bir daha böhranın siyasi həll yoluna təkid edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə verdiyi açıqlama zamanı deyib: Suriya böhranı ilə bağlı Moskvanın mövqeyi prinsipialdır. Bu mövqeyin vəziyyətin dəyişməsi ilə müəyyən dəyişikliyə məruz qalması mümkündür. Amma, prinsip baxımından bu mövqe dəyişməzdir.