Dünya

Nəhəng neft qurğusu mürəkkəb regional təhlükəsizlik şəraitində İranın sularına çatdırıldı

Nəhəng neft qurğusu mürəkkəb regional təhlükəsizlik şəraitində İranın sularına çatdırıldı

İran24-ün məlumatına görə, ölkə üçün mühüm və strateji əhəmiyyət daşıyan neft qazma qurğusu müharibənin ortasında, ən sərt sanksiyalar və 360 dərəcəlik mühasirə şəraitində mürəkkəb marşrutlardan keçirilməklə «Xəbərqan Enerji» şirkəti tərəfindən İranın sularına çatdırılıb.

Bir çox investorun son aylarda ehtiyatlı mövqe tutaraq ölkədən kapital çıxardığı bir vaxtda, özəl «Xəbərqan Enerji» şirkəti müharibə şəraitində ölkənin ehtiyac duyduğu xüsusi qazma qurğularının sifarişlə alınması və idxalına başlayıb.

Bölgədəki xüsusi vəziyyət səbəbindən qurğunun daşınma marşrutu çoxsaylı çətinliklərlə üzləşib. Belə nəhəng metal konstruksiyanın yola salınması və İrana çatdırılması üçün liman bir neçə dəfə dəyişdirilib, marşruta yenidən baxılıb. Köçürülmənin son 24 saatı isə limanın üç dəfə dəyişdirilməsindən sonra İran gəmilərinin iştirakı ilə, ABŞ PUA-larının marşrutu izlədiyi həssas şəraitdə baş tutub.

Qurğu bölgədəki mürəkkəb təhlükəsizlik şəraitinə baxmayaraq, nəhayət İranın sularına çatıb. Köçürülmənin bütün təfərrüatlarının bəlkə də yalnız sülh dövründə açıqlana biləcəyi qeyd olunub.