LivanXƏBƏRLƏR

Livan Hizbullahı sionistlər müqabilində Suriyanın himayəsinə təkid etdi

Livan Hizbullahının Siyasi Şurasının sədri müqavimət cəbhəsinin dayaqlarından biri olaraq Suriya hökumətinin devrilməsinin qarşısını almağa hazır olduğunu bildirib.

İbrahim Əmin Seyid şənbə günü deyib: Hizbullah müqavimətin dayaqlarından olan Suriya hökumətini ABŞ və sionist rejim qarşısında müdafiə etməyə hazırdır və bu məsələ Suriyanın daxili işlərinə müdaxilə mənasında deyil.
Əmin Seyid əlavə edib: Livan Hizbullahı strateji və siyasi baxımdan Suriyanı müdafiə edir və bu ölkənin daxili məsələlərinə müdaxilə etmir.
Livan Hizbullahının Siyasi Şurasının sədri əlavə edib: Hizbullah Suriyanın müqavimət cəbhəsindən ayrılmasını istəmir və Hizbullah Livan və Suriya xalqlarının müdafiəsini davam etdirəcək.
Əmin Seyid vurğulayıb: Hizbullah Suriya xalqının tələblərinə heç bir müdaxilə etmir. Amma suriyalıları azadlıq və ölkənin idarə olunmasında iştirak yolunda himayə edir.
Livan Hizbullahının Siyasi Şurasının sədri sonda deyib: Suriyanın düşmənləri bu ölkə xalqına icazə verməlidirlər ki, öz ölkəsinin taleyi və gələcəyi haqda özü qərar qəbul etsin. Suriya müqavimətin tərəfdarı olaraq, heç vaxt öz xalqını qırğın etməz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu