İranın Məsləhət Şurasının katibi Amerikanın hazırkı prezidentinin bu ölkənin keçmiş prezidentinin militarist siyasətlərinə tabe olmasının böyük və əvəzi çıxılmaz səhv olduğunu bildirib.
İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi Tehranda media mənsublarına verdiyi açıqlaması zamanı Amerika prezidenti Barak Obamaya tövsiyə edib ki: Suriyaya qarşı hərəkətlərində bu ölkənin keçmiş prezidenti Corc Buşun İraq və Əfqanıstana hücum üzrə rüsvayçı səhvi və militaristcəsinə olan yolunu izləməsin.
Rzayi Amerikanın Suriyaya qarşı hərbi rəftardan geri çəkilməsinə işarə edərək, deyib: Suriyaya qarşı hər cür hücum Obamanın o ölkə qarşısında aldadıcı mövqeyinin göstəricisi olacaqdır.