Sionist İsrail rejiminin baş naziri İran İslam Respublikası ilə 5+1 qrupu arasında Cenevrədəki nüvə anlaşmasını müsbət qarşılamayıb.
Sionist rejim baş naziri Benyamin Netanyahu bu gün İran İslam Respublikası ilə 5+1 qrupunun Cenevrə nüvə müzakirələrində anlaşmasını tənqid edib və onu “pis anlaşma” adlandırıb.
İsrail rejiminin casusluq və strateji məsələlər üzrə naziri Yufal Ştaynz da bildirib ki, İran və 5+1 qrupu arasında anlaşma pis anlaşmadır.
Bu sionistin fikrincə, bu anlaşma İranın nüvə məsələsi barəsindəki problemi həll etmir.
Yufal Ştaynz əlavə edib: Bu anlaşma İrana qarşı sanksiyaların təsirinin azalmasına səbəb olur və İsrail bu beynəlxalq şənliyə sevinmir.