AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

İranın Azərbaycandakı səfiri: İranla “altılıq” ölkələri ilə keçirilən danışıqlar faydalı olub

“Vyanada İranla “altılıq” ölkələri ilə keçirilən danışıqlar faydalı olub və müsbət atmosferdə keçirilib. Bununla da rəsmi Tehran və 5+1 qrupu İranın nüvə proqramı ilə əlaqədar yekun razılaşmanın əldə olunması üçün hərtərəfli danışıqların çərçivələrini müəyyən edib”.

Bu barədə APA-ya açıqlamasında bildirən İran islam Respublikasının Azərbaycandakı səfiiri Möhsün Pak Ayin bildirib ki, İran bütün dünyaya öz xoş niyyətini və ölkənin nüvə proqramının sülh məqsədlər üçün istifadə olunması ilə bağlı səmimiyyətini nümayiş etdirmək üçün yeni kampaniyaya başlayıb.
Səfir eyni zamanda əlavə edib ki, İran sülh məqsədlər üçün nüvə enerjidən istifadəsi hüququndan imtina etmək niyyətində deyil: “Danışıqlar yekun razılaşmanın əldə olunması üçün bütün məqamları əhatə edib və İranın danışıqlar qrupu beynəlxalq arenada konstruktiv əməkdaşlığın yaratması üçün ölkənin siyasi iradəsini nümayiş etdirir”.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında hər ay keçirilməsi planlaşdırılan görüşlərinə də toxunub. O qeyd edib ki, görüşlərin proqramı yekun razılaşmanın əldə olunmasını nəzərdə tutan məsələlərdən ibarət olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu