İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Tehranda keçirilən “İslam Ümməti və İslami Oyanış” beynəlxalq iclasında deyib: Hazırda gözümüzün qarşısında olan və heç bir məlumatlı və sayıq insanın onu inkar edə bilmədiyi məsələ budur ki, islam dünyanın ictimai və siyasi proseslər kənarından çıxıb və dünya hadisələrinin təyinedici amillər mərkəzində özünəməxsus və yüksək rolu əldə etmişdir. İslam həyat, siyasət, hökumət və ictimai proseslər sahəsində yeni baxış təqdim edir və bu, kommunizm və liberalizmin məğlubiyyətindən sonra dərin düşüncə və fikri boşluğa düçar olan hazırkı dünyada önəmli və mənalı bir fenomen sayılır. Bu ilk təsirdir ki, Şimali Afrika və ərəb regionunda dünya miqyasında siyasi və inqilabi hadisələrə göstərmişdir və gələcəkdə baş verəcək ən böyük həqiqətlərin müjdəçisidir.
İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar: İmperialist və irticaçı cəbhənin sözçülərinin, hətta dilə gətirməkdən çəkindikləri və qorxduqları İslami Oyanış hazırda demək olar ki, bütün islam dünyasında nişanələrinin müşahidə edilməsi mümkün olan həqiqətdir. Onun ən bariz nişanəsi ümumi fikir, xüsusilə də gənclərin islamın əzəməti və möhtəşəmliyinin canlanmasına marağı, onların beynəlxalq imperializm quruluşunun mahiyyətindən məlumatlı və 200 ildən çox islam və qeyri-islam ölkələrini öz qanlı pəncələri altında və sivilizasiya və mədəniyyət niqabı ilə xalqların varlığını öz təcavüzkar və rəhmsiz zalımlıqları ilə dəyişdirən zalım, sitəmkar və müstəbid hökumət və orqanların simasının aşkar olmasıdır.
Qeyd etmək lazımdır ki, 700-dən çox islam dünyasının alim və dini, mədəni və siyasi şəxsiyyəti “İslam Ümməti və İslami Oyanış” beynəlxalq iclasında iştirak edir.