Nigeriya İslami Hərəkatının bir üzvü Nigeriya İslam Hərəkatı liderinin vəziyyətin kritik olduğunu bildirdi.
Nigeriya İslam Hərəkatı üzvlərindən Mustafa Mustafa İQNA xəbər agentliyinə etdiyi şərhdə, Nigeriya İslam Hərəkatı üzvlərinin keçən həftə Nigeriya İslam Hərəkatı lideri Şeyx İbrahim Yaqub Zakzaki ilə görüşdükdən sonra onun vəziyyətinin çox kritik olduğu şərhini etdiklərini bildirdi.
Nigeriyada müsəlmanların vəziyyətinin heç də ürəkaçan olmadığını, çünki rəhbərliyin rəsmi olaraq müsəlmanlara qarşı düşmənçilik davam etdirdiyini ifadə edən Mustafa Məhəmməd, bütün bu hücumlardan Nigeriya ordusu və Vəhhabilərin məsul olduğunu və islami hərəkət üzvlərinin təzyiq altında tutulmasının və islamın inkişafının maneə törədilməsinin hədəfləndiyini söylədi.
Digər tərəfdən Wall Street Jurnal qəzetinin yayımladığı xəbərə görə; 2015 dekabr ayında Kadona əyalətində Şeyx İbrahim Zakzaki’nin evi, vəzifə etdiyi Məscidi və Hüseyniye’ye edilən hücumda Zakzaki’nin taraftarlıarından 347 adamın öldürüldüyü təyin olundu.
Bu məlumatlar bazar ertəsi günü dərc və bu ana qədər dövlət səlahiyyətliləri tərəfindən heç bir reaksiya göstərilməmişdir.
Nigeriya İslami Hərəkatının sözçüsü İbrahim Musa, bu xəbərə bağlı etdiyi şərhdə; “Nigeriyada bir çox ailənin uşağı bu hücumları nəticəsində kayb olmuş lakin dövlət bu mövzuya bağlı hər hansı bir izah verməkdən qaçır.” Dedi.
Beynəlxalq Əfv Təşkilatı də yayımladığı bir məlumatda; “Bizim də bu mövzuda araşdırmalarımın var, çox yaxın zamanda araştırmalarımızı nəticəsini ictimaiyyətə açıqlayacağıq və bu cinayətin faillerine mühakiməyə təqdim etməyə çalışacağıq.” Dedi.