Müxtəlif əməliyyat bölmələrinin döyüş qüdrətini yüksəltmək və müdafiə hazırlığını gücləndirmək məqsədi ilə Böyük və Kiçik Tonb adalarının hərtərəfli müdafiəsi manevri keçirilib.
“Möhkəm Müdafiə” adı altında 4 gün ərzində keçirilən bu manevrdə müxtəlif döyüş qrupları, adaları müdafiə sahəsindəki qüdrətlərini nümayiş etdirərək, özlərinin kəsərlilik və qabiliyyətlərini dəyərləndiriblər.
Hava hücumundan müdafiə bölmələrinin imkanlarından istifadə, hava hücumundan müdafiə, çoxqatlı müdafiə halqalarının yaradılması, üzən, suüstü və sualtı dəniz bölmələrinin fəaliyyətlərinin dəyərləndirilməsi, elektron müharibəsində hərbi bölmələrin müxtəlif seriallarının yoxlanılması və icrası, dəniz döyüş təşkilatına əlavə olunmuş hərbi və müdafiə təchizat və sursatlarının qabiliyyətlərinin də dəyərləndirilməsi bu manevrin keçirildiyi 4 gün ərzində uğurla icra olunmuş mərhələ idi.
