İraqın mərkəzində iki maşına quraşdırılmış bombanın partlaması 17 nəfərin ölümünə səbəb olub.
Cümə axşamı günü, İraqın mərkəzi Bağdadın magistral yolunda iki maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi 17 nəfərin ölümü , daha 24 nəfərin yaralanması ilə nəticələnib.
Çərşənbə günü də iki terrorçu şəxs bomba quraşdırılmış iki maşından istifadə edərək İraqın qərbində Əl-Ənbar vilayətinin polis mərkəzini hücuma məruz qoymuşlar. Bu hadisədə 10 iraqlı polis həlak olub.
Bir neçə ay bundan öncədən İraqın müxtəlif məntəqələri terror aktlarının şahidi olub ki , bu hadisələrdə çoxlu sayda İraq vətəndaşı və təhlükəsizlik qüvvələri həlak olmuşdur.
İraqın xəbər qaynaqları bu ölkədə törədilən terror aktları və terrorçuların təchizatlandırılmasında bəzi ərəb ölkələrini müqəssir bilirlər.