DünyaXƏBƏRLƏR

“Nizaminin məqbərəsində yazıların dəyişilməsi müstəmləkəçiliyin nəhs niyyətinin bir hissəsidir”

İran şairlərindən Kamran Şərəfşahi Gənc Jurnalistlər Klubu ilə müsahibədə Nizami Gəncəvinin məqbərəsindən farsca şer yazılarının götürülməsi və bu şerlərin yerinə onun tərcümələrinin qoyulmasını Azərbaycan Respublikasının mədəni köklərinə zərbə vurmaq və bu respublikanı öz əsil mədəniyyəti və tarixi bağlarından ayırmaq üçün əcnəbilər və müstəmləkəçilərin planlarının bir hissəsi adlandırıb.

Bu şair deyib: Rus çarları və SSRİ təhriflərlə sonra isə Azərbaycan Respublikasının xəttini dəyişməklə onların öz mədəni kökləri ilə olan bağlılıqlarına mane ola bilmədilər.

Şərəfşahinin sözlərinə görə, dünyanın böyük şair və ziyalıları bütün dünyaya aiddir və sadəlövhlüklə və cahilliklə baş verən müsadirələr onların əzəmətindən heç nə əskiltmir.

Kamran Şərəfşahi əlavə edib: Nizami Gəncəvi şerlərində söylədiyi kimi İranın mərkəzi kəndlərindən birində dünyaya göz açıb, sonra səfərə çıxıb və Gəncədə yaşamışdır. Nizaminin məqbərəsindəki farsca yazıları dəyişməklə onun iranlı mentaliteti və həmçinin onun düşüncələrini təzahür etdirən farsca dili və xəttini dəyişmək olmaz.

Şərəfşahi sonda deyib: Asılı hökumətlər adətən böyük həqiqət və reallıqlarla mübarizə üçün irqçilik ünsürünü rövnəqləndirməyə çalışırlar. Lakin tarixin təcrübəsinə görə, ifratçı nasionalizm heç vaxt bir ictimaiyyətin hidayəti və yüksəlişi üçün münasib yol ola bilməmişdir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu