İran İslam Respublikası Silahlı Qüvvələr Baş Qərargahının rəisi deyib: ABŞ və qərbin Suriyaya qarşı hərbi hərəkəti sionistləri alovlandıraraq külə döndərəcək.
Sepah-Newsun verdiyi məlumata görə, İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi ordu generalı sərdar Seyid Həsən Firuzabadi ABŞ və müttəfiqlərinin Suriyaya qarşı ehtimal olunan hücumlarının mənfi nəticələrini açıqlayaraq bildirib: Suriyaya qarşı istənilən hərbi hərəkət sionistləri külə döndərəcəkdir.
ABŞ, İngiltərə və digər müttəfiqlərinin də regiona və Suriyaya qoşun yeritməkdən ziyan görəcəklərinə toxunan general Firuzabadi əlavə edib: Suriya hökuməti və xalqına qarşı iki ildən çox müharibədə bəli oldu ki, Suriya xalqı yüksək əhval-ruhiyyə və müqavimətə malikdir və onların müqavimətinin nəticəsi hər bir müharibədə qələbə gətirəcəkdir.