Nigeriyanın şimal şərqində Borno vilayətində silahlı şəxslərin iki kəndə hücum etmələri nəticəsində ən azı 60 nəfər həlak olub.
Press Tv məlumat verib: Nigeriya rəsmiləri elan ediblər bu hücum nəticəsində həmçinin bir qrup mülki əhali yaralanmışdır.
Silahlı şəxslər Borno vilayətində mülki əhalini həlak edəndən sonra kəndlilərin evlərini odladılar.
Silahlı şəxslər bu hücumlarda hərbi maşınlardan bəhrələnmişlər.
Bazar günü də naməlum silahlı şəxslər, ən azı 19 nəfəri Dikva və Kalabalcı şəhərlərində həlak etmişlər.