Əl-Qaidənin İraqdakı qolu olan”İraq və Şamda İslami Dövlət” adlı terror qrupu bazar günü Fitir bayramı günü 74 nəfərin həlak olması və yüzlərlə nəfərin yaralanması ilə nəticələnən bu ölkədə baş vermiş partlayışların məsuliyyətini üzərinə götürüb.
Bu qrup öz website-ında dərc olunan bir bəyanatda bildirib ki, Bağdad və İraqın digər məntəqələrindəki qüvvələrini təchiz edib ki, İraqın təhlükəsizlik qüvvələrinin əməliyyatlarına cavab versin. Eyni zamanda, Frans-Press-in məlumatına görə, İraq xalqı təhlükəsizlik qüvvələrini bu hücumların qarşısının alınmasında acizlik göstərməkdə müqəssir bilir.
Bu məlumata əsasən, bazargünkü hücumlar Bağdad yaxınlığındakı bir neçə zindana hücumdan bir neçə həftə sonra baş verib ki, onun məsuliyyətini Əl-Qaidənin bu qolu öz üzərinə götürüb. Qeyd olunan hadisədə bəzi terrorçu qrupların başçılarının daxil olduqları yüzlərlə məhbus qaçıbdır.