İraq İslami Müqavimətinin Nücəba Hərəkatının Siyasi Şurası həssas mərhələdə bəzi qüvvələrin parçalanma yaratmağa çalışdığını açıqlayıb. Bəyanatda bu cür addımların Sionist-Amerika düşməninə xidmət etdiyi vurğulanıb.
Bəyanatda Kətəib Hizbullahın baş katibi Əbu Hüseyn əl-Həmidavinin müqəddəslərin və vətənin müdafiəsində böyük fədakarlıqlar göstərdiyi, şərəf və iftixarlarla dolu fəaliyyət tarixçəsinə malik olduğu qeyd edilib. Nücəba Hərəkatı bildirib ki, ona qarşı bu şəkildə hücum edilməsi qəbuledilməzdir. Hərəkat vurğulayıb: “İraq İslami Müqaviməti ədalətsizliyi, istikbarı, diktaturanı və siyasi fürsətçiliyi rədd etməkdə birdir və Fələstin, İraq, İran və Yəməndə uşaqları və günahsız ailələri qətlə yetirənlərlə barışmayacaq. Mövqeyimiz sabit və sarsılmazdır; dəyərlərimizdən və məqsədlərimizdən heç vaxt əl çəkməyəcəyik.”

