Misirin ləğv olunmuş Məşvərət Məclisinin sədri və Müsəlman Qardaşları hərəkatının rəhbərlərindən biri bildirib ki, ABŞ regionda iğtişaşı genişləndirmək ardıncadır.
Əl-Ərəbiyyə televiziyasının məlumatına görə, Əhməd Fəhmi deyib: Biz Ədli Mənsuru Misirin qanuni prezidenti hesab etmirik və elə buna görə, təsdiqlədiyi müvəqqəti konstitusiyanı rəsmən tanımırıq. Əbdülfəttah əl-Sisinin bəyanatına əsasən həyata keçirilən bütün hərəkətlər ləğvdir.
Fəhmi əl-Şuruq qəzeti ilə müsahibədə əlavə edib: İyunun 30-da Misirdə baş verənlər bu ölkədə demokratiya yolundan yayınmaq idi. Biz hərbi çevrilişə qarşı dinc etirazımızı davam etdiririk.

